Rafinya “Atletiko” ilə oyunda iştirak edəcək?

“Barselona”nın vingeri Rafinya İspaniya Kral kubokunun yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçiriləcək ilk oyun öncəsi vəziyyəti və matçda iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu özünü artıq daha yaxşı hiss etdiyini bildirib:

“Özümü artıq daha yaxşı hiss edirəm, bərpa prosesi addım-addım davam edir. Oyun gününə kimi hazır olub-olmayacağımı zaman göstərəcək, bir az gözləmək lazımdır. Variantlar var, amma hamımız bilirik ki, zədələr çox hiyləgər olur. Komanda üçün darıxıram”.

“Barselona” və “Atletiko” arasında keçiriləcək yarımfinalın ilk qarşılaşması fevralın 12-də baş tutacaq.

29 yaşlı futbolçu zədə səbəbindən komandasının son iki oyununu buraxıb. O, cari mövsümdə keçirdiyi 22 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button