Rafinya gələcəyi ilə bağlı qərar verib

“Barselona”nın hücumçusu Rafinya Dias gələcək planları ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarından gələn sərfəli təkliflərə baxmayaraq, bu yay Kataloniya klubundan ayrılmaq niyyətində deyil. Klubun da onu satmaq istəmədiyi bildirilir.

Rafinyanın “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button