Rafael Ağayevdən bürünc medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.

Komanda.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, Ağayev Mərakeşdə keçirilən Karate1 Premyer Liqa turnirində fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Rafael, Rabat şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada fransalı Loqan Da Kostaya 2:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Xatırladaq ki, aprelin 19-21-də keçirilən Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından olan yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.