“Yuventus”un fransızı ingilislərin hədəfində

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabiot bu yay “Çelsi”yə keçə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, London klubu yarımmüdafiəçi üçün 15-20 milyon avro ödəməyi planlaşdırır. “Yuventus” rəhbərliyi də fransalı futbolçunu buraxmağın əleyhinə deyil.

Rabiotun Turin təmsilçisi ilə müqaviləsi 2023-cü ilə qədərdir. O, 2021/22 mövsümündə”Yuventus”un heyətində 45 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button