Rabiot qayıtdı

“Yuventus”un Fransada olan futbolçusu Adrien Rabiot İtaliyaya qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Koronavirus səbəbiylə A Seriyası dayandırıldığı üçün ölkəsində olan fransalı futbolçu İtaliyaya qayıdıb və 14 gün karantində qalmalı olacaq. Bu müddətdən sonra testdən keçəcək futbolçu, məşqlərə başlaya biləcək.

Daha əvvəl Rabiotun İtaliyaya qayıtmaq istəmədiyi bildirilirdi.