Rəsmi: “Çelsi”də ayrılıq

“Çelsi” klubu müdafiəçisi Qari Keyhillə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.

Keyhill 2012-ci ildən “Çelsi”də forma geyinirdi. O, son mövsümdə “zadəganlar”ın heyətində cəmi 8 oyunda meydanda olub.

“Çelsi” son mövsümdə Avropa Liqasının qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button