Rəsmi: “Barselona”da 5 illik müqavilə

İspaniyanın “Barselona” klubu növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Ayaks”dan Frenki de Yonqu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. “Barselona” Frenki üçün “Ayaks”a 75 milyon + 11 milyon avro bonus ödəyəcək.

Hollandiyalı futbolçu 2019-cu ilin iyulunda “Barselona”ya qoşulacaq.

“Barselona” qış transfer pəncərəsi dövründə “Valensiya”dan Ceyson Murilyonu, “Sassuolo”dan Kevin-Prins Boatenqi heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button