RƏSMİ: AFFA Byazi ilə müqavilə bağlamaq istədiyini açıqladı

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. 

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button