Rəşad Sadıqov: “Vacib xal qazandıq”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 7-ci turunda evdə “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli “Neftçi” var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. “Neftçi” bu gün çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq.

“Neftçi” ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər “Neftçi”, istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü “Neftçi”ni nəzərə alsaq, bir xal qazandıq.

Komandada çox mövqe güclənməlidir. Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.

Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Boqomolski üçün də “Neftçi”yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button