Rəşad Sadıqov: “Sabah” qol vursaydı, hər şey fərqli olacaqdı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ölkə çempionatının 4-cü turunun “Sabah”la oyunundan sonra (1:0) mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, oyunun gərgin keçdiyini deyib:

“Çox gərgin və emosional oyun oldu. Kənardan baxıb daha dəqiq fikir bildirmək olar. Çox vacib qələbə qazandıq. Önəmli 3 xaldır. Futbolçularıma təşəkkür edirəm. Paltardəyişmə otağında növbəti oyunu düşünməyə başladıq. Oyunçularım meydanda çox əziyyət çəkdilər.

Keçən mövsüm ciddi problemlərimiz var idi. Heç cür onları həll edə bilmirdik. Fikirləşirdim ki, avrokuboklara vəsiqə qazanmamaq, bəlkə də, xeyrimizə olacaq. Həftəiçi itkimiz oldu: İsmayılı itirdik. “Sabah”ın aparıcı qüvvələrindən biri Letiçdir. Ona görə də sağ cinahda Məqsəddən istifadə etdik. Sol cinahda isə hər şey daha fərqli oldu. Oyundan öncə plan qurursan, amma o, alına da bilər, alınmaya da.

Oyunu müdafiədən qurmağı düşünmürdük. Rəqibimiz çox güclü komanda idi. Şanssızlıqdan avrokuboklardan kənarda qalıblar. Onları çox yaxşı tanıyırıq. “Sabah” qol vursaydı, hər şey fərqli olacaqdı. Əsas məqsədimiz pressinq tətbiq etmək idi. Futbolçularımın çıxışından razıyam. Hər iki komandanın təhlükəli hücumları var idi. Hər şey yaşana bilərdi.

14 fubolçu bizdən ayrılıb. Gələnlərin sayı o qədər deyil. 5-6 futbolçu transfer etmişik. Mövsümə uğurlu başlamışıq. Daha da çox çalışmalıyıq. Rəqiblər də bizə qarşı fərqli yollar seçəcəklər.

Futbolçularım eyforiyaya qapılmayıblar. Əksinə, istəklidirlər. Belə bir şey hiss etsəm, oyunçularla aramda inciklik olacaq. Biz ən yaxşı formada oynamağa çalışmalıyıq.

Aqressiv futbolçuları sevirəm. Həddi aşanda müdaxilə edirəm. Çünki gələcək oyunlarda buna görə problemlər yaşaya bilərik”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button