“Əsas istəyimiz bu idi” – Sulşer

İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Vest Hem”ə 1:0 hesabı ilə qalib gələn “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, norveçli mütəxəssis, qələbə qazandıqları qarşılaşma ilə bağlı bunları deyib:

“Oyuna hakim idik. Qarşılaşmaya kökləndik və yaxşı çıxış etdik. Vacib olan budur ki, yarışdakı mübarizədəyik. Əsas istəyimiz bu idi. Rəqiblərlə layiqli mübarizə aparmaq və final oyununa çıxmaq istəyirik. Bunun üçün “Mançester Yunayted”dəyik. Finala bir addım daha yaxınlaşdıq. Hər oyunda qalib gəlmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button