
“Rəqib komandaya hörmətlə yanaşırdıq” – Slot
“Liverpul” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turundakı rəqibi “Qarabağ”a hörmətlə yanaşıb.
Komanda.az xəbər verir ki, bunu mersisaydlıların baş məşqçisi Arne Slot Ağdam təmsilçisi ilə matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis evdə “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
“Maraqlı qarşılaşmaya şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk 8-likdə yer almaq sevindiricidir”.
“Liverpul” – “Qarabağ” oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



