“Rəqib görüşə ciddi hazırlaşır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçin “Hakken” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis futbolçuların tam hazır olduğunu bildirib:

“Bizim üçün vacib qarşılaşmadır. Rəqib görüşə ciddi hazırlaşır. Turniri xalsız tərk etmək istəmirlər. Bunu nəzərə almalıyıq. Oyunçuların psixoloji cəhətdən də matça tam hazır olacaqlarına inanıram. Onlara güvənirəm. Bu il son oyuna çıxırıq”.

Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button