Qvardiolanın yerinə əsas namizəd odur

“Mançester Siti” rəhbərliyi Pep Qvardiolanın baş məşqçi postundan getməsinə hazırlaşmağa başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı ispaniyalı mütəxəssis İngiltərə klubu ilə yeni müqavilə imzalamaq haqda düşünmür.

Qvardiolanın yerinə əsas namizəd hazırda “Jirona”nı çalışdıran Miçeldir.

“Şəhərlilər” bu həftə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda penaltilər seriyasında “Real”a məğlub olub. Bununla yanaşı, komanda Premyer Liqanın turnir cədvəlinə başçılıq etməkdə davam edir.

Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Komanda onun rəhbərliyi altında 464 oyun keçirib, 342 qələbə qazanıb, 57 oyun isə heç-heçə ilə yekunlaşıb. İspaniyalı çalışdırıcının klubla hazırkı müqaviləsi 2025-ci ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button