Qvardiola: “Real” güclü rəqibdir”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi “Real”ın güclü rəqib olduğunu bildirib:

“Real” güclü rəqibdir. Amma “Barselona” da belə olacaq, “Bayern”, “Arsenal”, “Atletiko” da. Həqiqətən, çətin rəqabətdir. Ona görə də, düşündüm: “Rəqibimiz “Real”dır? Yaxşı, yenidən cəhd edəcəyik”.

1/4 finalın ilk oyunları bu il aprelin 9 və 10-da baş tutacaq. Cavab oyunları aprelin 16 və 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button