“Dünən gecə uşaq kimi yatmışam” – Qvardiola
İngiltərə Premyer Liqasının son turu çərçivəsində bu gün “Brayton”un qonağı olacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola matçdan əvvəl açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu gün qələbə qazanacağı halda çempion olacaq “şəhərlilər”in ispaniyalı baş məşqçisi, gərgin olmadığını deyib:
“Çox xoşbəxtəm, “Brayton”la oyun üçün narahat deyiləm. “Liverpul”dan 7 xal geridə olarkən, gərgin idim, amma indi gərginlik yoxdur. Dünən gecə uşaq kimi yatmışam.
Futbolçulara oyundan əvvəl “son iki mövsümdə olduğu kimi meydana çıxın və oynayın. Öz futbolunuzu göstərin. Nəticə nə olur olsun, siz inanılmaz işlər gördüz” dedim”.
“Brayton” – “Mançester Siti” oyunu bu gün, saat 18:00-da start götürəcək.
Bizi Facebook-da izləyin