“Pul çox şeyi həll etsəydi, indi “Mançester Yunayted” bütün kubokları qazanmalı idi” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası klublarının son mövsümlərdə pul xərcləməsindən danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəllər pulun çox şeyi həll etdiyini bildirib:

“Əvvəllər pul çox şeyi həll edirdi. İndi elə olsaydı, o zaman “Mançester Yunayted” bütün kubokları qazanmalı idi. İkincisi “Çelsi”, üçüncüsü isə “Arsenal” olacaqdı. Son beş ildə bu klublar “Mançester Siti”dən çox pul xərcləyib”.

Bu gün Premyer Liqanın təxirə salınmış oyununda “Mançester Siti” “Tottenhem”lə qarşılaşacaq. MS qələbə qazanacağı təqdirdə, çempionatın lideri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button