“Arsenal” ötən mövsüm və bu mövsüm çox yaxşı oynayır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 30-cu turunun “Arsenal”la oyununu (0:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqib komandanın çıxışını yüksək qiymətləndirib:

“Bu gün cəmi bir xal qazandıq. Nə biz çox şans yaratdıq, nə də “Arsenal”. Onlar çox yığcam müdafiə olundular. Yüksək təzyiqlə belə, topu qazana bilmədik, çünki rəqib fiziki cəhətdən güclü idi və yüksək səviyyədə oynayırdı. Oyun çox gərgin keçdi. “Arsenal”ın topu itirdiyimiz bir neçə anı oldu. Onlar bu keyfiyyəti fantastik səviyyəyə çatdıraraq yaxşı pressinq edirlər. Çox az boş yer var idi. Buna görə də onlar Premyer Liqanın ən yaxşısıdırlar. İndi “Liverpul” zirvədədir, lakin “Arsenal” ötən mövsüm və bu mövsüm çox yaxşı oynayır”.

Hazırda “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 64 xalla üçüncü pillədə qərarlaşıb. “Liverpul” 67 xalla turnir cədvəlinə başçılıq edir. “Arsenal” 65 xalla ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button