Qurbanovla Dollun mətbuat konfransının vaxtı bilindi

Avropa Liqasının qrup mərələsində keçiriləcək “Qarabağ” – APOEL matçı öncəsi son məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq.

O, oyundan bir gün əvvəl – oktyabrın 23-də, saat 13:00-da mətbuat konfransı keçirəcək. Saat 17:00-da Azərbaycan çempionunun “Azərsun Arena”da son məşqi baş tutacaq.

Saat 18:15-də isə APOEL-in çalışdırıcısı Tomas Doll jurnalistlər önünə çıxacaq. Nikosiya təmsilçisi son məşqini 19:00-da matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda keçəcək.

Qeyd edək ki, oktyabrın 24-də baş tutacaq “Qarabağ” – APOEL matçına saat 20:55-də start veriləcək.