Qurbanovdan cari mövsümdə 2-ci qol

Futbol üzrə Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.

4 turdan sonra hesabında 4 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button