Qurbanov “Samtrediya”ya iki həftə kömək edə bilməyəcək

Futbol üzrə Gürcüstan çempionatının 8-ci turu çərçivəsində Batumi “Dinamo”su ilə oyunun əvvəlində zədələnən azərbaycanlı yarımmüdafiəçi Nicat Qurbanovun durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, həmin görüşün 10-cu dəqiqəsində ağır zədə alaraq meydanı erkən tərk etməli olan futbolçu bu gün ətraflı müayinədən keçib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçuda əzələ problemi var. Bu üzdən o, azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Gürcüstan klubu Qurbanova tezliklə sağalaraq meydana dönməyi arzulayıb.

Qeyd edək ki, 8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Əsas heyət üzvlərindən olan Nicat bu oyunlarda 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button