Qurbanov federasiya prezidenti seçildi

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransda AFFA İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransı giriş sözü ilə ATFFİB-nın prezidenti Firudin Qurbanov açıb. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra federasiyanın prezidenti ötən müddət ərzində görülmüş işlər barədə hesabat xarakterli çıxış edib. Konfransda Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Firudin Qurbanov yekdilliklə növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib. Yeddi nəfərdən ibarət İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button