Qurbanlının komandası darmadağına üzüldü

Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının 4-cü turu çərçivəsində doğma meydanda “Balti” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 4 oyunda 4 xal toplayıb və 8 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.