Qurbanlının komandası 3 xalı 4 qolla qazandı

Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Balti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Keçirdiyi 11 oyunda 14 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.