Qurban Qurbanov: “Yaxşı oyun göstərməyimizdə onların da böyük rolu var”

Azərbaycan Premyer Liqasında sonuncu – 28-ci turunun “Qarabağ” – “Neftçi” (4:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, oyun barədə bunları deyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər. Sona kimi eyni istəyin, qalib hissinin olması çox vacib idi. Futbolçularım alqışa layiqdirlər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün komandalara təşəkkür düşür. Yaxşı oyun göstərməyimizdə onların da böyük rolu var idi. Bizi daha çox düşünməyə məcbur etdilər. Bütün futbol camiəsinə təşəkkür edirəm”.

Mehri Qurban