Qurban Qurbanov: “Şükürlər olsun ki, bunu bacardıq”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı “CBC Sport”a açıqlama verib:

“Həddən artıq çətin oyun oldu. “Qəbələ” ilə bundan əvvəlki matçda da 2:1 hesablı qələbə qazanmışdıq. Rəqib bu gün də çox aqressiv oyun göstərdi. Bəlkə də məğlubiyyətə layiq deyildilər. Buna baxmayaraq, istədiyimiz nəticəni əldə edə bildik. Hava bir qədər isti idi. Buna görə də, temp o qədər də yüksək olmadı. Sanki ikinci qolu hansı komanda vursa, o da qalib gələcəkdi. Şükürlər olsun ki, bunu bacardıq”.

Qurbanov, əvəzetmədən meydana çıxan Araz Abdullayevin son dəqiqələrdə vurduğu qoldan da danışıb:

“Desəm ki, Arazın meydana çıxması ilə çox bir şey dəyişdi, o qədər də düzgün olmaz. Sona az vaxt qalmışdı. Araza həmin mövqeyə açılmaq tapşırığı vermişdim. Uğurlu alındı. Diqqətli davrandı və şansdan istifadə edə bildi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button