Qurban Qurbanov: “Sabah qol vurmaqla yanaşı, qol buraxmamağı da düşünməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya “Linfild”i ilə qarşılaşacaqları cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı jurnalistlərlə görüşdə bunları deyib:

  • Vacib oyuna çıxırıq. Rəqibin nə qədər istəkli və ciddi olduğunu tam başa düşürük. Oyuna ciddi hazırlaşmışıq və düşünürəm ki, futbolçular sabah meydanda daha istəkli olacaqlar. Bütün oyunçuların diqqəti oyunda olacaq. Lazım olan nəticəni əldə etmək üçün çalışacaqlar.
  • Sabah avrokuboklarda 100-cü oyununuza çıxacaqsız. Nə hiss edirsiz?
  • Açığı, bu barədə heç düşünmürəm. Hər oyunumuz bizim üçün vacibdi. Sabah meydanda özümü yox, kollektivi, komandanı düşünəcəm. Diqqətimiz oyunda olacaq.
  • Sabahkı oyunda “Azərbaycansayağı” künc zərbəsi gözlənilirmi?
  • İnşallah, buna ehtiyac olmaz. Biz bunu rəqibə görə müəyyən edirik. Bu rəqib buna imkan vermir. Ancaq ola bilər ki, başqa nədənsə istifadə edək.
  • Sabah rəqib müdafiədə oynayacaq. Buna uyğun əlavə yollar varmı?
  • Düzgün müdafiə olunmaq futbolun ən vacib elementlərindəndi. Bizim belə oyunlarımız çox olub. Belə oyunlarda futbolçular daha sərrast olmalıdı. Bunun üzərində az məşq etməmişik. Hər halda onların müdafiə olunması, hücumlarının başlanğıcıdı. Sabah qol vurmaqdan əlavə, qol buraxmamağı da düşünməliyik.
  • Sabah tirubunaların dolacağını gözləyirsizmi?
  • Bəli, ümid edirəm. Stadionda az adam olacağını düşünmürəm. Azarkeşlərimiz bizimlə olacaq.
  • “Linfild”in baş məşqçi David Hili “Qarabağ”ın onlardan qisas alacağını deyib. Bununla razısızmı?
  • İdman prinsiplərinə əməl edəcəyik. Çox da dərinə getmək istəmirəm. Qalib gəlmək istəyirik.
  • Heyətlə bağlı itkilər varmı?
  • Zədəlilər məlumdu. Qalanları bizimlədi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button