Qurban Qurbanov: “Qrupda asan rəqiblər olmur”

“İddialı və maraqlı qrupa düşmüşük”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

O, təsnifat mərhələsində qarşılaşdıqları rəqiblərin də təhlükəli olduğunu bildirib:

“Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. “Bayer” Top-5 ölkəsinin komandasıdır. “Molde” və “Hakken” də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə qarşıdakı günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir”.

“Qarabağ” H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hakken” komandaları ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button