Qurban Qurbanov: “Ona 2 illik müqavilə təklif etdik, razı olmadı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçuları təbrik edirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda mübarizə apardı. Get-gedə hər bir komandanın oyununu inkişaf etdirdiyini görürük. Bizim üçün asan olmadı. Vacib 3 xal qazandıq. Hər oyuna belə motivasiya, istəklə çıxmalıyıq.
  • Son oyunlarda Aylton Silvanı əvəzləyir, Maksim Medvedevi sol cinaha keçirirsiz. Bu, onun gedişinə hazırlıq məqsədi daşıyır?
  • İkinci oyundu belə edirik. Aylton bir matçı cəza səbəbindən buraxmışdı. Hazırlığı 90 dəqiqə oynamağa imkan vermir. Ona görə ikinci hissədə çatdırmadığı hiss olundu. Maksim dəfələrlə orda oynayıb. Başqa bir səbəbi yoxdu.
  • Bu gün Abdullah Zubiri hücumun arxasında oynadırdız. Bu eksperimentin nə dərəcədə yaxşı alındığını düşünürsüz?
  • Bu gün mövqe dəyişikliyi etmişdik. Əvvəl də bəzi oyunlarda belə yerdəyişmə olub. Bu gün sırf rəqibə görə belə addım atdıq. Zubirə qarşı müdafiəçilər daha sərt, yaxın oynayırlar. Ona sərbəstlik vermək istəyirdik. Özünü pis göstərmədi.
  • Bu günlərdə Rəşad Sadıqovun mövsümün sonunda karyerasını başa vuraraq, məşqçiliyə başlayacağı müzakirə olunur. Yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
  • Rəşad ötən il karyerasını bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif etdik. Özü razı olmadı. Bir il də oynayıb tamamlamaq isəyirdi. Qərara gədik ki, bu mövsüm oynasın və karyerasını bitirsin. Onu mən saxlamışam ki, karyerasını davam etdirsin.
  • Sualın milli ilə bağlı hissəsi…
  • Bu fikirlər məni sevindirir. Futbolda böyük əziyyəti olan insana belə hörmət edilməsi və inanılması sevindiricidi. Onun böyük potensialı var. Bunu hamınız bilirsiz. Həm futbolçu, həm məşqçi kimi belədi. Bizim futbolçularımızın və məşqçilərimizin yaxşı yerlərdə oynamasına ancaq sevinirik. Potensiallı insanlara güvənmək mənim üçün xoşdu.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button