Qurban Qurbanov: “Hakimdən başqa hamı deyir ki, qol idi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı qolsuz bitən oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:

  • Bir xal qazandıq, xallarımıza bir xal əlavə etdik. Rəqib 90 dəqiqə yaxşı müdafiə olundu. Belə olan halda çox qol epizodu yaratmaq çətin olur. Düşünürəm ki, futbolçular oyun nizam-intizamını qoruyub, saxlaya bildilər. 90 dəqiqə tam ideal, sabit oyun göstərmək mümkün deyil. Səhvlər olur. Bu gün futbolçulardan razı qaldım.
  • Xaymenin epizodu ilə bağlı fikirləriniz maraqlıdır.
  • Hakimdən başqa hamı deyir ki, qol idi. Hətta rəqib komandanın nümayəndələri, məşqçiləri də bunu bildirdi. Bəzən belə epizodlar nəticəyə çox təsir edir. Penalti epizodu ilə bağılı da fikirlər var idi. Hakimlər bir az daha diqqətli olmalıdılar. Bizim qapımız qarşısında da belə epizodlar olsa, istəmərik ki, kiminsə haqqına girək. Belə hallar yaşanır. Ancaq son vaxtlar səhvlər çoxdu. Klub olaraq hakimlərə irad bildirmirik. Gəncdilər, amma daha diqqətli olmaları lazımdı. Yəqin ki, bunun üzərində işləyirlər.

    Aygül Qarayeva
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button