Qurban Qurbanov: “Hər oyunda futbolçulardan intizamlı olmalarını istəyirəm”

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Səbail”ə 1:0 hesabıyla qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:

  • Futbolçuları təbrik edirəm. Əvvəldən bu gün istədiyimiz oyunu göstərə bilməyəcəyimizi gözləyirdik. Sevinirik ki, sonda 3 xalı qazana bildik. Bəzi futbolçular öz formalarından uzaqdılar. Hər bir halda, hər biri yaxşı oynamağa çalışdı. “Səbail” də bu gün ən yaxşı oyunlarından birini oynadı, xüsusilə ilk hissədə. Bu cür davam etsələr, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəklər. Futbolçularımdan razı qaldım.
  • Qarşıdakı “Neftçi”ylə oyundan gözləntiləriniz nədi?
  • Bir neçə gün ərzində tam hazır olmağa çalışacağıq. Bu rəqiblə oyunlar hər zaman gərgin və maraqlı olub. Hər oyunda futbolçulardan intizamlı olmalarını istəyirəm, növbəti oyunda da onlardan bunu tələb edəcəm. Hər zaman “Neftçi”yə qarşı oynamaq xoş olub.
  • APOEL-lə oyunun nəticəsi daha vacibdi. “Neftçi”ylə oyunda heyətdə hansısa dəyişikliyi düşünürsüz?
  • Elə bir fikrim yoxdur. Maksimum 1, ya 2 dəyişiklik ola bilər. Hər bir halda çalışacağıq ki, daha yaxşı oynayaq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button