Qurban Qurbanov: “Daha dəqiq oynamağa çalışmalıydıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. “Qəbələ” son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm”.