Qurban Qurbanov: “Daha ciddi və istəkli oynamalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

  • İntizamlı və istəkli komandaya qarşı oynayırdıq. Kubokun cavab oyunundan sonra da demişdim ki, hesab bizi aldatmamalıdır. Bu komanda bizə qarşı ciddi hazırlaşır. Çempionatın ilk oyununda da burada heç-heçə oynamışdıq. Bəzi futbolçular çoxdandır ki, 90 dəqiqə oynamırlar. Çatışmazlıqlar hiss olunurdu. Əziyyət çəkdilər, çox istəkliydilər. Bu oyun bir daha göstərdi ki, daha ciddi və daha istəkli oynamalıyıq. “Keşlə”yə uğurlar arzulayırıq.
  • Sabah Emil Balayevin komandanı tərk edəcəyi deyilir…
  • Belə ehtimal var. Sabah günorta saatlarında dəqiq bilinəcək.
  • Daha çox yerlilər oynadı. Bundan sonra da belə olacaq?
  • Özlərindən asılıdır. Hər zaman çalışırıq ki, hamıya şans yaradaq. Daha çox birlikdə oynamalıdılar, oyun təcrübələri çox olmalıdır. Qarşıdakı oyunlarda da bir neçəsini görə bilərik.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button