
Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.
Yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyunun 16-dən iyulun 4-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək. Bu mərkəz Çinin stolüstü tennis yığmalarının əsas bazalarından hesab olunur.
Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



