Quluzadənin komandasından inamlı qələbə

Futbol üzrə Moldova çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Daçiya” ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.

11 turdan sonra 23 xalı olan “Milsami” 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.