“Yaxşı ki, həm VAR-ın, həm də, hakimin öhdəsindən gələrək, qələbə qazandıq”

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Yuventus”a 2:0 hesabı ilə qalib gələn “Atletiko”nun müdəfiəçisi Dieqo Qodin, açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandasının ikinci qolunu vuran 33 yaşlı futbolçu, videotəkrar (VAR) sisteminə baxmayaraq, qalib gəldiklərini deyib:

“Çox xoşbəxtik, möhtəşəm oyun keçirdik. Həm müdafiədə, həm də hücumda yaxşı oyun sərgilədik. Qapıçıya qarşı iki epizodumuz vardı, bundan başqa, VAR sistemi sayəsində sayılmayan qol və ləğv olunan penalti də vardı.

Oyunun təsirindən epizodları dəyərləndirmək çətindir, ekrandan daha asan görünür. Yaxşı ki, həm VAR-ın, həm də hakimin öhdəsindən gələrək, qələbə qazandıq”.

İspaniyada keçirilən oyunun 28-ci dəqiqəsində “Atletiko”nun qazandığı penalti VAR sistemi ilə ləğv olunub. Bundan başqa, Madrid klubunun futbolçusu Alvaro Moratanın 70-ci dəqiqədə vurduğu qol da bu sistemin vasitəsilə ləğv olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button