Qız evində toydur, oğlan evinin xəbəri yox

Ukrayna milli komandasının və “Vest Hem”in futbolçusu Andrey Yarmolenkonun “Fənərbaxça”ya keçə biləcəyini xəbər vermişdik. Türkiyə mətbuatı 31 yaşlı hücumçunun “Fənər”lə razılaşdığını və tərəflərin yaxın zamanda rəsmi müqavilə imzalayacağını yazmışdı.

Komanda.az xəbər verir ki, Yarmolenkonun meneceri Vadim Şabliy Ukrayna mətbuatına verdiyi açıqlamada bütün bu xəbərləri təkzib edib:

“Fənərbaxça”, ya da “Qalatasaray”, heç biriylə görüşməmişik. Ümumiyyətlə, Türkiyənin heç bir klubu ilə bu anadək danışığımız olmayıb”.

“Vest Hem”lə müqaviləsi 2022-ci ilin yayına qədər olan Yarmolenkonun “transfermarkt”da dəyəri 4 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button