Qazaxıstan yığması Slovakiyaya evdə də qalib gəldi

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının yer aldığı C Liqasının 3-cü qrupunda da bir oyun keçirilib.

Qrup lideri Qazaxıstan doğma meydanda Slovakiya seçməsi ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanıb – 2:1. Qazaxıstan yığmasına qələbə qazandıran qolları 18-ci dəqiqədə Voroqovski və 39-cu dəqiqədə Astanov vurublar. Slovakiya yığmasının təsəlli qoluna isə 51-ci dəqiqədə Bero imza atıb.

Xatırladaq ki, qazaxlar Slovakiyanı səfərdə də 1:0 hesabıyla məğlub etmişdilər.

Bu nəticədən sonra xalını 10-a çatdıran Qazaxıstan yığması əsas izləyicisindən daha da uzaqlaşıb. İkinci pillədəki Slovakiyanın isə 6 xalı var.

Bu dəqiqələrdə “Dalğa Arena”da 2 xala malik Belarus yığmasını qəbul edən Azərbaycan millisi isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button