Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.

Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.

Fərid Qayıbov ilk dəfə 2017-ci ildə sözügedən təşkilata prezident seçilib və 2018-ci ildən bu vəzifəni icra etməyə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button