
Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.
Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.
Fərid Qayıbov ilk dəfə 2017-ci ildə sözügedən təşkilata prezident seçilib və 2018-ci ildən bu vəzifəni icra etməyə başlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



