“Qavisiz “Barselona” bir çox keyfiyyətlərini itirir”

“Barselona”nın yarımmüdafiəçisi Pedri komanda yoldaşı Qavinin zədəsindən danışıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, ciddi zədə alan Qavi üçün darıxacaqlarını bildirib:

“Mən onu hər cür ruhlandırdım, çünki zədələrim o qədər ciddi olmasa da, özüm də zədələnməyin nə demək olduğunu bilirəm. Qavisiz “Barselona” bir çox keyfiyyətlərini itirir. Onun əzmkarlığı, kluba olan sevgisi üçün darıxacağıq”.

Qavi Avropa çempionatının seçmə mərhələsində, Gürcüstanla matçda (3:1) çarpaz diz bağını zədələyib. 19 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda əməliyyat olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button