
Millinin baş məşqçisindən Qaviyə məsləhət
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente, Qavinin məşqlərdə göstərdiyi mübariz ruhunu yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Barselona”nın yarımmüdafiəçisinin məşqlərdə sərt və enerjili oynamasının xoşuna gəldiyini bildirib. O, futbolçuya məsləhət də verib:
“Məşq də futbolun bir hissəsidir və hər kəs orada da maksimum gücünü göstərməlidir. Qavi də öz enerjisini daha düzgün istiqamətə yönəltməyi öyrənməlidir”.
İspaniya millisi DÇ-2026 çərçivəsində H qrupunda Uruqvay, Səudiyyə Ərəbistanı və Kabo-Verde yığmaları ilə qarşılaşacaq. 11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
Bizi Facebook-da izləyin



