”Barselona” ona 1 milyard avro qiymət qoyacaq!

“Barselona”nın yarımmüdafiəçisi Qavi klubu ilə yeni müqavilə imzalamağa yaxındır. 

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Futbolçunun agenti bu gün klub nümayəndələri ilə görüşərək, yeni müqavilə ilə bağlı razılığa gələcək.

17 yaşlı Qavinin təzminat məbləği 1 milyard avro olacaq (əvvəllər bu, 50 milyon avro idi). Yarımmüdafiəçinin özü isə klubla 5 illik müqavilə imzalayacaq. 

Qavinin “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button