Qartala görə “Latsio”nu sevib FOTOLAR

İtaliyanın “Latsio” klubunun sadiq azarkeşi olan model Anna Falki komandasının çempion olmasını çox arzulayır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tez-tez yarıçılpaq fotoları ilə gündəmə gələn Anna, “Latsio” çempion olacağı halda nələr edə biləcəyini deyib:

“Hazırda çox şey edə bilmirəm. Amma “Latsio” çempion olarsa, tamamilə soyunaraq, kameralar qarşısına keçə bilərəm”.

Falki niyə “Latsio” azarkeşi olduğunu da açıqlayıb:

“Əvvəlcə “Latsio”nun formasının rənglərinin gözəl olmasına görə bu klubu seşmişdim. Sonra klubun loqosundakı qartal diqqətimi çəkdi və bir də baxdım ki, “Latsio”nun sadiq azarkeşi olmuşam”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button