“Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq” – Cavid İmamverdiyev

“Sabah”ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”i məğlub etdikləri oyun (3:1) barədə fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan İmamverdiyev qələbəylə bağlı bunları deyib:

“Bizim üçün vacib oyun idi. Bu matçadək olan son 7 qarşılaşmada qalib gələ bilməmişdik. Oyuna yaxşı başlamadıq. Lakin erkən qol buraxsaq da, ruhdan düşmədik. Uşaqlar xarakter nümayiş etdirdilər. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alanda, bu qələbə yerinə düşdü.

Qalibiyyətimizə qolla töhfə verdiyimə görə sevinirəm. Bu qələbə bizim üçün əla motivasiya olacaq. Qarşıdakı oyunlara daha həvəslə hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button