“Gözləntilər böyükdür, çünki biz “Çelsi”yik” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə kubokunun 1/8 finalında “Lids”lə oyunda qazandığı qələbəni (3:2) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, son oyunlarda əla nəticələr əldə etdiklərini və komandadan gözləntilərin yüksək olduğunu bildirib:

“Gözləntilərə görə çətin idi. Amma son dörd həftə ərzində biz fantastik nəticələr əldə etdik. Komandamız mübarizə aparır, ən əsası isə özünü əsl komanda kimi aparmağa başlayır. Hazırda 10-12 daimi zədəli futbolçumuz olduğundan, heyətdə bir az çatışmazlıq var. Enzo Fernandes və Moyses Kaysedo müntəzəm oynayırlar, lakin onları əvəz edəcək heç kim yoxdur. Onlara istirahət vermək vaxtıdır.

Qarşıda gözləntilər böyükdür, çünki biz “Çelsi”yik. Bununla belə, komandamız özünə inamı gücləndirməlidir”.

“Çelsi” “Lids”lə görüşdəki qələbə sayəsində İngiltərə kubokunun 1/4 finalına yüksəlib. Turnirin növbəti turunda London klubu “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button