
“Aston Villa”da olduğum üçün xoşbəxtəm”
Yarımmüdafiəçi Alexandro Qarnaço “Çelsi”dən “Aston Villa”ya keçidi ilə bağlı şərh verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu keçidə görə xoşbəxt olduğunu söyləyib:
“Burada olduğum üçün xoşbəxtəm. Meydançaya çıxmağı səbirsizliklə gözləyirəm. “Aston Villa” sürətlə irəliləyən əla klubdur. Uzun müddətdir ki, “Mançester Yunayted”dəki ruhumu bərpa edə biləcəyim bir komanda axtarırdım. Keçiddən əvvəl baş məşqçi ilə danışdım və Unay Emeri mənə özünəinam verdi. Buna görə də indi buradayam”.
22 yaşlı futbolçu 2025/26 mövsümündə Premyer Liqada 24 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, 2026/2027 mövsümünün sonuna qədər icarə əsasında “Aston Villa”da qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



