Qaret Beyl 100-ə çatdı

Futbol üzrə İspaniya La Liqasının 23-cü turunun “Atletiko” ilə səfər oyunu Madrid “Real”ının yarımmüdafiəçisi Qaret Beyl üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, o, paytaxt derbisində “Real”ın heyətində yubiley qoluna imza atıb. Belə ki, 74-cü dəqiqədə qarşılaşmada yekun nəticəni müəyyənləşdirən uelsli futbolçu üçün bu qol, Madrid klubunun heyətində 100-cü olub.

Beyl 2013-cü ildən “Real”ın uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button