“Qarabağ”la “Zirə” ikinci dəfə həlledici matçda üz-üzə gələcək

Azərbaycan kubokunun 2023/2024 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür.

İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” – “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” – “Şəmkir”, “Kəpəz” – “Qarabağ”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qəbələ” matçları iki finala təsadüf edib.

“Zirə” və “Qarabağ” 2021/2022 mövsümündə də finalda qarşılaşıblar. 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında daha dəqiq oynayan Ağdam təmsilçisi titula sahib çıxıb – 4:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button