“Qarabağ”la “Qəbələ”nin 75-ci dueli

“Qəbələ” Premyer Liqanın 15-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Bakıda baş tutacaq görüş komandalar arasında ümumilikdə 75-ci duel olacaq.

İndiyədək rəqiblər 74 dəfə üz-üzə gəliblər. Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib, 40 matçdan xalsız ayrılıb. 57 qol vuran “Qəbələ” öz qapısından 119 top buraxıb.

Premyer Liqada 60-cı dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 34 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 95 top buraxıb.

“Qəbələ” tarixində 37-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 22 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” 67 top buraxıb.

Xatırladaq ki, dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button